Birgə döyüşüb, birgə yaralanan ata-anasız qardaşlar - VİDEO

27 Noyabr 2020 11:10 Bizimkilər 355
Birgə döyüşüb, birgə yaralanan ata-anasız qardaşlar - VİDEO

44 günlük Vətən müharibəsinin qəhrəmanları arasında İlkin və Elmin Şəbizadə qardaşları da var.

Ata-anasız, nənə və babalarının himayəsində böyüyən qardaşlar müharibənin ilk günündən çiyin-çiyinə döyüşüb, qələbəni birlikdə qazanıblar.

İlkinin 20, Elminin isə 18 yaşı var. Bu gənc ömürlərinə böyük tarix sığdırıblar - Şuşa zəfəri kimi.

Elmin cəbhəyə yollananda İlkin onu tək buraxmayıb, universitetdə təhsilini yarımçıq qoyub qardaşı ilə birgə müharibəyə gedib.Qardaşlar heç vaxt bir-birindən ayrılmayıblar, yaralananda da bir yerdə yaralanıblar.

Elminin yarası daha ağır olduğundan qardaşı öz ağrısını unudub onu 15 kilometr çiynində daşıyıb. Elmin bir neçə dəfə əməliyyat olunub və hazırda müalicəsini xəstəxanada davam etdirir.

Sportinfo.az AzTV-nin qazi qardaşların evindən hazırladığı reportajı təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti