VİDEO: Şəhid baş leytenant ölümündən sonra oğul atası oldu

25 Noyabr 2020 23:30 Bizimkilər 443
VİDEO: Şəhid baş leytenant ölümündən sonra oğul atası oldu

Qax rayonunun Cəlayir kəndindən olan Qorxmaz Əlizadə Vətən Müharibəsində şəhid olub.

Sportinfo.az xəbər verir ki, oktyabrın 17-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələn qəhrəmanımız döyüşdüyü müddət ərzində xüsusi rəşadət göstərib.

Bir çox erməni postlarının alınmasında xüsusi rolu olan 25 yaşlı Qorxmaz sonda ən ali zirvəyə ucalıb. Onun yoxluğu ilə barışa bilməyən ailə indi Qorxmazın yadigar qoyub getdiyi iki yaşlı qızı və yeni doğulmuş oğlu ilə təskinlik tapır.

Evin sonbeşiyi olan Qorxmaz 10 yaşında anasını itirib. Məktəb illərindən seçdiyi yolla gedən Qorxmazın bir məqsədi olub - hərbi biliklərə yiyələnmək və general olmaq. Ömrünün 25-ci baharında şəhid olan qəhrəman zabit baş-leytenant rütbəsinə qədər yüksəlib.

Şəhidin bayrağa olan sevgisi isə bir başqa idi. Həmişə cibində üçrəngli bayrağımızı gəzdirərdi.

Baş leytenant Qorxmaz Əlizadə kəşfiyyat komandiri olub. O, başçılıq etdiyi döyüş yoldaşları ilə birlikdə çox sayda erməni hərbçisini, o cümlədən, onların döyüş postlarını darmadağın edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı