“Qalatasaray” azərbaycanlı şəhidin məzarını ziyarət edəcək - FOTOLAR

25 Noyabr 2020 14:00 Bizimkilər 543
“Qalatasaray” azərbaycanlı şəhidin məzarını ziyarət edəcək - FOTOLAR

Sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olmuş kapitan Fərid Dursunovun Qaxın Qorağan kəndindəki məzarı üzərində Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray”a məxsus bayrağın olması xəbəri sosial mediada sürətlə yayılıb.

Sportinfo.az xəbər verir ki, artıq bu məsələ Türkiyə klubunun diqqətinə çatdırılıb.

“Qalatasaray” şəhidimizin məzarını ziyarət edəcək. Bu barədə “CBC Sport”un şərhçisi Gündüz Abbaszadə “Facebook” paylaşımında bildirib:

“Qalatasaray”ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı (onun bu kluba olan sevgisini bildirən səsyazısı yayılmışdı) dinlənəcək,

Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Ailəsi “Qalatasaray”ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək.

“Qalatasaray” prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi.

Tapdıq, göndərdik. Bununla yanaşı Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm ruhları şaddır!”

Fərid Dursunovun atası Fazil Dursunovun azvision.az saytına verdiyi açıqlamaya görə, bayrağı məzarın üzərinə şəhidin Zaqataladan olan dostları gətirib taxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı