Şəhidin arzusu yerinə yetirildi, məzarına "Qalatasaray" bayrağı da asıldı - TƏSİRLİ FOTO

24 Noyabr 2020 12:40 Bizimkilər 404
Şəhidin arzusu yerinə yetirildi, məzarına "Qalatasaray" bayrağı da asıldı - TƏSİRLİ FOTO

Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin “Qalatasaray” klubu ilə bağlı olub.

Sportinfo.az xəbər verir ki, Qax rayonundan olan Fərid “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ımın bayrağını da asarsınız”, - deyə dostlarından xahiş edib.

Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər.

Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray" bayrağı da asılıb.

Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı “Galatasaray” klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər.

Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı