"Son 2-3 dəqiqədə oynadığım üçün məmnun deyiləm" - Millimizin futbolçusu

23 Noyabr 2020 14:00 Bizimkilər 363
"Son 2-3 dəqiqədə oynadığım üçün məmnun deyiləm" - Millimizin futbolçusu

"Bu qələbə çox vacib idi, çünki biz 4 oyundur qalib gələ bilmirdik.

Üstəlik, yenə doğma meydanda qələbə qazandıq".

bu fikirləri Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov II Bundesliqanın VIII turunda evdə "Darmştadt"a 3:0 hesabı ilə qalib gəldikləri matç barədə "Tag24" nəşrinə açıqlamasında deyib.

90+1-ci dəqiqədə oyuna daxilan olan və 2 dəqiqə sonra komandasının üçüncü qoluna imza atan 30 yaşlı hücumçu özünə inamının artdığını söyləyib:

"Əlbəttə, son 2-3 dəqiqədə oynadığım üçün məmnun deyiləm. Qısa müddətdə çox az iş görə bilərsiniz. Rəqibiniz hücum edirsə, topla oynadığınız üçün xoşbəxt olmalısınız. Özümü daha yaxşı tərəfdən göstərməyə və baş məşqçinin etimadını qazanmağa çalışacağam".

Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "Ertsgebirge" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. Dmitri Nazarov koronavirus pandemiyası səbəbindən Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı matçlarında iştirak etməyib.

Digər Xəbərlər
Xəbər Lenti