Bundesliqada hava əsdirən, qapıçını aldadan futbolçumuz - VİDEO

23 Noyabr 2020 20:40 Bizimkilər 505
Bundesliqada hava əsdirən, qapıçını aldadan futbolçumuz - VİDEO

Sportinfo.az xəbər verir ki, Almaniya Bundesliqa II-də VIII tur davam edir.

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” eyni xala malik olan turnir cədvəlindəki qonşusu “Darmştadt”ı qəbul edib.

Görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Matça ehtiyatdan başlayan Nazarov 90+1-ci dəqiqədə meydana daxil olub və cəmi 2 dəqiqə sonra qapıçı ilə təkbətək vəziyyətdə onu da aldadaraq qarşılaşmada son nöqtəni qoyub - 3:0.

Xallarının sayını 12-yə çatdıran “Aue” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı