Dünya şöhrətli həmyerlimiz vətənə dəstəyini bildirdi - VİDEO

23 Oktyabr 2020 10:10 Bizimkilər 879
Dünya şöhrətli həmyerlimiz vətənə dəstəyini bildirdi - VİDEO

Azərbaycan əsilli bodibilder və idmançı Bahar Nəbiyeva Azərbauycanı dəstəkləyib.

Sportinfo.az xəbər verir ki, o, 3 milyonluq “İnstagram” səhifəsində video paylaşıb.

Videoda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasını dünyaya çatdırıblar.

Ukraynada yaşayan B.Nəbiyeva paylaşımda qeyd edib ki, bu il bütün dünyada sözün əsl mənasında çılğın hadisələr baş verib və ona görə də hər zaman dəstəyini ifadə etdiyi ana vətəni Azərbaycanın onun köməyinə ehtiyacı var.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?