"Qurban Qurbanov əfsanədir, Azərbaycan tarixində qalacaq insandır"

25 Sentyabr 2023 09:00 Qarabağ 806
"Qurban Qurbanov əfsanədir, Azərbaycan tarixində qalacaq insandır"

“Qarabağ”ın gördüyü işlər, xidmətlər hörmətə, ehtirama layiqdir“.

Sportinfo.az xəbər verir ki, bu sözlər Mətbuat Şurasının sədri Rəşad Məcidə məxsusdur.

O, Ağdam klubunun Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etməsinin önəmini vurğulayıb:

“Klub rəhbərliyi, onu idarə edənlər, əfsanə olan baş məşqçi Qurban Qurbanov Azərbaycan tarixində qalacaq insanlardır.

2009-cu il iyulun 23-də “Qarabağ” “Rusenborq”u qəbul edirdi. Səfərdə 0:0 hesabı qeydə alınmışdı.

Cavab görüşü Ağdamın işğalı gününə təsadüf edirdi. Həmin vaxt demişdim ki, 1:0 udacağıq, qolumu da adaşım Rəşad Sadıqov vuracaq.

Belə də oldu. “Qarabağ”ın o vaxtdan başlayan irəliləyişi, qələbələri bizi sevindirdi, özünəinam hissi yaratdı.

“Qarabağ”ın təbliğatı heç milyonlarla təbliğata qoyulan vəsait edə bilməz. Dünyanın ən böyük şəhərlərinin komandaları ilə oynayırdı.

“Roma”, “Çelsi”, “Atletiko” ilə birlikdə “Qarabağ” da var idi.

"Qarabağ” Avropada tanınmış, böyük maliyyəyə malik “Molde”ni məğlub etdi. Zəfərimizə ən yaxşı töhfələrdən oldu”.

Digər Xəbərlər
Xəbər Lenti