Erməni izinin sildiyi xəritələr - MARAQLI VİDEO

19 Oktyabr 2020 21:40 Bizimkilər 1 582
Erməni izinin sildiyi xəritələr - MARAQLI VİDEO

Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzkar əməllərin qurbanı təkcə ölkə vətəndaşları deyil, həm də yaşı minillərə söykənən tarixi-mədəni abidələrimiz, infrastruktur obyektləri, əraziləri bir-birindən ayıran sərhədlərdir.

Sportinfo.az xəbər verir ki, yayılan kadrlardan da aydın görünür ki, ermənilər işğal etdiyi azərbaycan ərazilərində necə deyərlər daşı daş üstə qoymayıb.

Hətta qəbirüstü abidələr belə erməni vandalizminin qurbanı olub.

İşğalın davam etdiyi 30 il müddətində dəyişən həm də yol izlərimizdir, rayonların, şəhərlərin, kəndlərin inzibati ərazi vahidləridir.... Bu ərazilərin müəyyən edilməsində isə əsas iş xəritəçəkənlərin və kartoqrafların üzərinə düşür:

O ki qaldı məntəqələr arasında sərhədlərin pozulub yox olması ilə bağlı yayılan söz-söhbətə, Müqabil Bayramov burada heç bir problemin olmadığını, pozulmuş sərhədlərin asanlıqla bərpa oluna biləcəyini deyir.

Çünki həmin ərazilərin kordinatları mövcuddur və bu kordinatlar əsasında da sərhədləri müəyyən etmək olur.

Mütəxəssis elə bu kordinatlarla Dağlıq Qarabağ ərazisinin ayrı-ayrı rayonlarının ümumcoğrafi xəritəsinin artıq tərtib olunduğunu bildirir. Bu xəritələrin üzərində uzun müddətdir iş gedir və mütəmadi olaraq müəyyən dəyişikliklər aparılır.

Müqabil Bayramov İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda 220 yaşayış məntəqəsinin adının dəyişdirilərək erməniləşdirildiyni də deyir.

Azərbaycan Respublikasının işğaldan azad etdiyi ərazilərlə bağlı interaktiv xəritə hazırlanıb. İnteraktiv xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq

Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən ərazilər qeyd olunub. Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

Digər Xəbərlər
Xəbər Lenti