Cəbhədə döyüşən hərbçinin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü - Heydər Əliyev Fondu

19 Oktyabr 2020 20:10 Bizimkilər 472
Cəbhədə döyüşən hərbçinin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü - Heydər Əliyev Fondu

Hazırda işğal altındakı ərazilərimizin azad olunması uğrundakı döyüşlərdə iştirak edən hərbçimiz Nadir İbadovun yeni doğulan və hazırda küvəzdə saxlanılan üçəmlərinin xəstəxanadakı bütün xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Sportinfo/az xəbər verir ki, cəbhədə döyüşən hərbçimiz Nadir İbadov bu günlərdə 5 ildən sonra üçəm atası olub.

O, bu barədə xəbəri elə cəbhədə olarkən alıb. Qəhrəman döyüşçülərimizin şərəfinə oğlanlara Polad və Mübariz, qıza isə Mehriban adı verilib.

Digər Xəbərlər
Xəbər Lenti