Millimizin müdafiəçisi oynadı, 7 qol vuruldu

19 Oktyabr 2020 19:16 Bizimkilər 533
Millimizin müdafiəçisi oynadı, 7 qol vuruldu

Ukrayna Premyer Liqasında 6-cı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda "İnhulets"lə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.

Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 34-cü dəqiqədə sarı vərəq alıb.
“Aleksandriya” hazırda 9 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti