Millimizin forvardı ABŞ-da 11-ci qolunu vurdu - VİDEO

27 Sentyabr 2020 17:20 Bizimkilər 468
Millimizin forvardı ABŞ-da 11-ci qolunu vurdu - VİDEO

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) 11-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu "Oranj Kaunti" ilə ev oyununda fərqlənib.

O, 37-ci dəqiqədə dəqiq zərbə vuraraq, komandasına qələbə qazandırıb - 1:0. Bu, Dadaşovun USL-də 11-ci qolu olub. Təcrübəli forvard 84-cü dəqiqədə sarı vərəqə alıb.

Bu qələbədən sonra "Finiks Rayzinq" 14 oyundan 29 xalla B qrupunda liderliyini davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti