73 dəqiqə nə etdin? - VİDEO

27 Sentyabr 2020 12:20 Bizimkilər 436
73 dəqiqə nə etdin? - VİDEO

İspaniya 2-ci liqasında 3-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Fuenlabrada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. 3 turdan sonra hesabında xal olmayan “Albasete” 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti