Yığmamızın müdafiəçisi qol ötürməsi verdi - VİDEO

27 Sentyabr 2020 11:00 Bizimkilər 351
Yığmamızın müdafiəçisi qol ötürməsi verdi - VİDEO

Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Dnepr”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi komandasının 3-cü dəqiqədə vurduğu ilk qol zamanı məhsuldar ötürmə müəllifi olub.

“Aleksandriya” 4 turdan sonra 6 xalla 14 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!