Abbasov qələbəsini ölmüş qardaşına həsr etdi - VİDEO

26 Sentyabr 2020 12:02 Bizimkilər 712
Abbasov qələbəsini ölmüş qardaşına həsr etdi - VİDEO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Fight Nights Global” təşkilatının çempionu titulunu qoruyub.

Sportinfo.az xəbər verir ki, idmançımız buna Rusiyanın paytaxtı Moskvada keçirilən döyüşdə nail olub.

“Fight Nights Global 98” turniri çərçivəsində döyüşə çıxan Abbasov rusiyalı rəqibi Mixail Qoqitidze ilə üz-üzə gəlib.

26 yaşlı döyüşçümüz beş raundluq qarşılaşmanı vaxtından əvvəl bitirib. O, ikinci raundda rəqibinə boğucu fəndlə qalib gələrək yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub.

Nəriman Abbasov qələbəsini fevralda Ramana qəsəbəsində dəm qazından zəhərlənərək ölən 17 yaşlı qardaşı Arzumana həsr edib. O, zaldan xahiş edib ki, MMA döyüşçüsü olan qardaşının xatirəsi bir dəqiqəlik anılsın.

Zal onun xahişini yerinə yetirib. Nəriman Abbasov bu qələbə ilə karyerasının 25-ci zəfərinə sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"