Yığmamızın üzvünə 1 saat vaxt və 1 xal verdilər - VİDEO

26 Sentyabr 2020 11:48 Bizimkilər 802
Yığmamızın üzvünə 1 saat vaxt və 1 xal verdilər - VİDEO

Almaniya 2-ci Bundesliqasında 2-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Qroyter”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. 2 turdan sonra 4 xala malik “Ersgebirge” 18 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti