Rumınlar azərbaycanlı hakimi nədə İTTİHAM EDİR?

25 Sentyabr 2020 17:52 Bizimkilər 653
Rumınlar azərbaycanlı hakimi nədə İTTİHAM EDİR?

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının III təsnifat mərhələsində “Styaua” (Rumıniya) - “Slovan” (Çexiya) oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, qonaqların ikinci hissədə vurduqları 2 cavabsız qolla qalib gəldiyi matçda həmyerlimiz 6 dəfə əlini cibinə atıb.

Rumınlardan 2, çexlərdən isə 3 nəfərə sarı vərəqə göstərən Ağayev 20-ci dəqiqədə “Styaua”nın müdafiəçisi Stefan Kananı birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Onun idarəçiliyi meydan sahiblərinin narazılığı ilə qarşılanıb.

“Styaua”nın idman direktoru Mixay Stoyka yerli mətbuata açıqlamasında FİFA referisinin bəzi epizodlarda düzgün qərarlar vermədiyini iddia edib: “Matçın əvvəllərində Ovidiu Perianuya qarşı kobudluq edildi.

Futbolçu yerə normal şəkildə yıxılmaya bilər. Amma penalti verilə bilərdi. Hakim isə simulyasiya hesab edib Perianuya sarı vərəqə göstərdi. Halbuki təmiz penalti idi”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı