Burada azərbaycanca lövhə geri qaytarıldı - FOTO

23 Sentyabr 2020 20:40 Bizimkilər 704
Burada azərbaycanca lövhə geri qaytarıldı - FOTO

Güney Azərbaycanın Urmiya şəhərində yerləşən “Durnalar yuvası” voleybol zalında üzərində azərbaycanca sözlər yazılmış lövhə geri qaytarılıb.

Sportinfo.az xəbər verir ki, güneylilərin etirazlarından sonra yerli məsullar üzərində “Durnalar yuvasına xoş gəlibsiniz” yazılan lövhəni zala qaytarmağa məcbur olublar.

"Sən çağırsan, gələrəm mən” cümləsi də əlavə olunan yeni lövhə zalın içərisinə quraşdırılıb. Lövhənin küncünə İran bayrağı əlavə etdirilib.

Bir qədər əvvəl bu lövhə sökülmüş və yerinə farsca lövhə quraşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti