Millimizin hücumçusundan əllərini üzdülər, birini də gətirdilər

23 Sentyabr 2020 15:04 Bizimkilər 671
Millimizin hücumçusundan əllərini üzdülər, birini də gətirdilər

“Qrasshoppers” “Vulverhempton”un daha bir futbolçusunu icarəyə götürüb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin şağı liqa təmsilçisi bu dəfə hücumçu Leo Bonatinini heyətinə cəlb edib.

Bu yaxınlarda Premyer Liq klubundan Azərbaycan millisinin üzvü Renat Dadaşovu eyni şərtlərlə heyətinə qatan “Qrasshoppers”in Bonatini ilə anlaşmasında həmyerlimizin də rolu olub.

Məsələ burasındadır ki, Renat məşq zamanı çarpaz bağından zədə aldığı üçün klub daha bir hücumçu gətirmək qərarını gəlib. Bonatini 2022-ci ilin yayına qədər icarəyə götürülüb.

Leo Bonatini 2017-ci ildən “Vulverhempton”da olsa da, müxtəlif klublarda icarəyə əsasında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti