Azərbaycan millisinin hücumçusu namizəd oldu - Ayın futbolçusu adına

1 Dekabr 2021 13:20 Bizimkilər 638
Azərbaycan millisinin hücumçusu namizəd oldu - Ayın futbolçusu adına

"Kolos"da noyabrın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportinfo.az Kovalivka təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 6 nəfərlik siyahıda Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev də yer alıb.

Qalib azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək.

"Kolos"a cari mövsümün əvvəlində keçən Nuriyev 6 gün öncə səfərdə "Minay"la 1:1 hesablı heç-heçə etdikləri Ukrayna Premyer Liqasının III turundan təxirə salınmış oyunda cərimə zərbəsindən baxımlı qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti