Millimizin üzvünə Rusiyadan dəvət gəldi, klubu isə QİYMƏT OXUDU

25 Noyabr 2021 23:00 Bizimkilər 2 636
Millimizin üzvünə Rusiyadan dəvət gəldi, klubu isə QİYMƏT OXUDU

Türkiyədə legioner həyatı yaşayan Vüsal İsgəndərli karyerasını başqa ölkədə davam etdirə bilər.

Yay fasiləsində transfer olunduğu "Keçiörengücü" klubunda özünü yaxşı tərəfdən göstərən futbolçumuza Türkiyə klubları ilə bərabər, həm də Rusiya təmsilçilərindən ciddi maraq var.

İsgəndərli özü də karyerasını daha iddialı klubda davam etdirməkdə maraqlıdır. Amma bunun üçün onu transfer etmək istəyən komanda öncə klubu ilə razılığa gəlməlidir.

Belə ki, Vüsalla 3 illik müqaviləsi olan birinci liqa təmsilçisinin rəhbərliyi onu havayı buraxmaq fikrində deyil. Tələb olunan məbləğ isə kifayət qədər yüksəkdir.

Xatırladaq ki, Azərbaycan milli komandasının da üzvü olan Vüsal, bu mövsüm Türkiyə təmsilçisinin heyətində 11 oyunda meydana çıxıb və 3 dəfə rəqib torunu silkələməyi bacarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı