"Belə millisi olan ölkədə mənə klub tapılmır" - Sabiq "Neftçi"lidən SƏRT sözlər

25 Noyabr 2021 16:00 Bizimkilər 1 467
"Belə millisi olan ölkədə mənə klub tapılmır" - Sabiq "Neftçi"lidən SƏRT sözlər

Son zamanlar ölkə xaricində legioner həyatı yaşayan Amit Qulizadə artıq bir ilə yaxındır klubsuzdur.

"Neftçi"nin yetirməsi olan yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında bunun səbəbini belə izah edib:

"Hazırda 1-2 variant var. Amma dəqiq nəsə olduğunu deyə bilmərəm. Mencerlər yazırlar, amma özüm üçün uyğun olan təklif yoxdur".

Bir futbolçu üçün bir il klubsuz qalmaq kifayət qədər uzun müddətdir.

Quluzadə "Ən azı bu müddət ərzində yerli klublardan birində karyeranı davam etdirə bilməzdinmi" sualına qısa və bir qədər də sərt cavab verib:

"Belə millisi olan ölkədə mənə klub tapılmır. Ümumiyyətlə, hzırkı vəziyyətdə Azərbaycanda futbol oynamaqdansa evdə oturmaq daha yaxşıdır".

Sonuncu dəfə Moldova "Milsami"sinin şərəfini qoruyan Amit karyerası ərzində "Neftçi", "Kayseri Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Lissabon, Portuqaliya), "Sumqayıt", AEL (Larissa, Yunanıstan) və "Drita" (Kosovo) klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda