Millimizin forvardından XOŞ OLMAYAN xəbər gəldi

19 Noyabr 2021 20:20 Bizimkilər 899
Millimizin forvardından XOŞ OLMAYAN xəbər gəldi

Belarusun "Slaviya" (Mozr) klubunda legioner həyatı yaşayan Ruslan Qurbanov üçün mövsüm başa çatıb.

Bu haqqda Sportinfo.az-a hücumçu özü məlumat verib.

Belə ki, onun hazırda zədəsi var. O, bu səbəbdən çempionatın 28-ci turunun "Neman"la görüşündə də komandasına kömək edə bilməyib.

2 turdan sonra isə Belarusda mövsüm başa çatır. Həmyerlimizin həmin qarşılaşmaları da buraxmaq ehtimalı yüksəkdir.

Belədə Ruslan üçün artıq indidən mövsümün bitdiyini deyə bilərik.

Millimizin sabiq üzvü Belarus klubuna avqustda transfer olunmuşdu. O, arxada qalan müddətdə 5 oyunda meydana çıxıb və 2 dəfə rəqib torunu silkələməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti