"Legiya" Mahir Emreli üçün müəllim tutdu – Ona dil öyrədəcəklər

18 Noyabr 2021 00:40 Bizimkilər 731
"Legiya" Mahir Emreli üçün müəllim tutdu – Ona dil öyrədəcəklər

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" komandadakı legionerlərin baş məşqçi Marek Qolebiyevskinin tapşırıqlarını daha yaxşı başa düşməsi üçün maraqlı üsulə əl atıb.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi əcnəbi oyunçular üçün dil kursları təşkil edəcək.

Bundan sonra legioner futbolçulara klubun tədris mərkəzində 45 dəqiqəlik polyak dili dərsləri keçiləcək. Artıq bunun üçün xüsusi müəllim də işə götürülüb.

Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti