Avropadakı legionerimizin başı dərddə - Sənədlərində problem var!

17 Noyabr 2021 16:00 Bizimkilər 1 043
Avropadakı legionerimizin başı dərddə - Sənədlərində problem var!

Daha bir həmyerlimiz Yunanıstanda legioner həyatı yaşayır.

Tural Bayramlı sentyabrın 15-də İkinci Super Liqa təmsilçisi “Pierikos”la müqavilə bağladığını xatırlayırsız yəqin.

Komandaya qoşulduğu ilk günlərdə yoldaşlıq görüşlərində şans qazanan 23 yaşlı yarımmüdafiəçi çempionatın ilk turunda meydanda görünmədi. Nəinki meydanda görünmədi, ümumiyyətlə, adı iştirak ərizəsinə salınmadı.

Turalın noyabrın 14-də komandasının “Tesprotos”a 0:1 hesabı ilə uduzduğu oyunda hansı səbəbdən şans qazanmamasının səbəbini, nəhayət, özündən öyrənmək mümkün oldu.

Bayramlı Sportinfo.az-a açıqlamasında sənədlərində problem yarandığını və buna görə oynamadığını bildirsə də, problemin konkret nədən ibarət olduğunu izah etməkdə çətinlik çəkdi.

Həmçinin, çətinliyin nə vaxt həll olunacağından da xəbərsizdir.

Tural vaxtilə “Sumqayıt”, “Dauqavpils” (Latviya), “Keşlə” və “Zirə”nin formasını geyinib. O, həmçinin, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti