Emin "Neftçi"dən hara gedə bilər? - Türkiyə, Rusiya, ya da hansısa ərəb ölkəsi...

16 Noyabr 2021 20:20 Bizimkilər 1 901
Emin "Neftçi"dən hara gedə bilər? - Türkiyə, Rusiya, ya da hansısa ərəb ölkəsi...

Azərbaycan millisi Canni de Byazinin rəhbərliyi altında keçirdiyi 1 ili uğursuz başa vurmaqla yadda qaldı.

Yaxşı ki, Emin Mahmudov var idi.

Seçmə mərhələdə 4, yoldaşlıq görüşlərində 2 qol vuran təcrübəli yarımmüdafiəçi hücumçu effekti vermiş oldu.

Böyük əksəriyyət Eminin bacarığından, ilin futbolçusu adına real namiAzərbaycan millisi Canni de Byazinin rəhbərliyi altında keçirdiyi 1 ili uğursuz başa vurmaqla qınağa səbəb oldu.

Yeganə ümidverici məqam Emin Mahmudovun yığma formasında parlaması və ötən ilin payızından bu yana 6 qol vurması oldu.

İndi böyük əksəriyyət Eminin performansından, ilin ən yaxşı seçilməsinin mümkünlüyündən və yenidən legioner həyatı yaşamasının vacibliyindən danışır.

Ki, “Neftçi”nin kapitanı Mahir Emreli, Namiq Ələsgərov, Anton Krivotsyuk, Renat Dadaşov kimi, ölkəmizi xaricdə təmsil etməlidir.

Lakin adları çəkilənlərin hər biri yaşca Mahmudovdan kiçikdir. “8 nömrə” gələn ilin aprelində 30 yaşını tamamlayacaq.

Bu yaşdan sonra Avropaya, hətta yaxın Rusiya və Türkiyəyə yollanmaq bir qədər çətin görünür.

Bu yöndə əsas yük Azərbaycanda çalışan agentlərin üzərinə düşür. Yəqin ki, bir qədər əmək sərf etməklə Emini ölkə xaricinə aparmaq olar. Sadəcə, şəxsi əlaqələr və Eminin oyununu bəyənən məşqçi lazımdır.

Ölkənin tanınmış agentlərindən Vaqif Heydərli Sportinfo.az-a açıqlamasında məsələ ilə bağlı danışdı:

“Özünüz də qeyd etdiyiniz kimi, bu gün-sabah Eminin 30 yaşı tamam olacaq. Belə vəziyyətdə onu Avropada gələcəyi və perspektivi düşünən klublara transfer etmək real görünmür.

Çünki aparıcı futbol ölkələri öndə olmayan futbol ölkələrindən əsasən gənc istedadları cəlb edirlər.

Hazırkı durumda Mahmudov üçün ən real məkan Türkiyə, Rusiya ya da, hansısa ərəb ölkəsi ola bilər.

Çünki bu ölkələrdə maddi şərtlər Azərbaycana nisbətən daya yaxşıdır. Çox yaxşı formadadır, potensialı və indiki durumu ölkə xaricinə yollanmağa imkan verir”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti