“Qəfil hərbi əməliyyatlara başlanılıb” - Müdafiə Nazirliyi açıqladı

16 Noyabr 2021 16:10 Bizimkilər 966
“Qəfil hərbi əməliyyatlara başlanılıb” - Müdafiə Nazirliyi açıqladı

Müdafiə Nazirliyi Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı brifinq keçirib.

Nazirliyin mətbuat katibi Anar Eyvazov bildirib ki, son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib:

“Qəfil hərbi əməliyyatlara başlanılıb. Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".

Digər Xəbərlər
Xəbər Lenti