“Rusiyada Emini yaxşı tanıyırlar, Türkiyə variantı da real görünür” – Agentdən AÇIQLAMA

15 Noyabr 2021 21:00 Bizimkilər 1 624
“Rusiyada Emini yaxşı tanıyırlar, Türkiyə variantı da real görünür” – Agentdən AÇIQLAMA

Azərbaycan millisi Canni de Byazinin rəhbərliyi altında keçirdiyi 1 ili uğursuz başa vurmaqla qınağa səbəb oldu.

Yeganə ümidverici məqam Emin Mahmudovun yığma formasında parlaması və ötən ilin payızından bu yana 6 qol vurması oldu.

İndi böyük əksəriyyət Eminin performansından, yenidən legioner həyatı yaşamasının mümkünlüyündən və vacibliyindən danışır.

Ki, “Neftçi”nin kapitanı Mahir Emreli, Namiq Ələsgərov, Anton Krivotsyuk, Renat Dadaşov kimi, ölkəmizi xaricdə təmsil etməlidir.

Lakin adları çəkilənlərin hər biri yaşca Mahmudovdan kiçikdir. “8 nömrə” gələn ilin aprelində 30 yaşını tamamlayacaq.

Bu yaşdan sonra Avropaya, hətta yaxın Rusiya və Türkiyəyə yollanmaq bir qədər çətin görünür.

Bu yöndə əsas yük Azərbaycanda çalışan agentlərin üzərinə düşür. Yəqin ki, bir qədər əmək sərf etməklə Emini ölkə xaricinə aparmaq olar.

Sadəcə, şəxsi əlaqələr və Eminin oyununu bəyənən məşqçi lazımdır.

Ölkənin tanınmış agentlərindən olan Tural Əsgərov Sportinfo.az-a açıqlamasında məsələ ilə bağlı danışdı:

“Emin vaxtilə Portuqaliyada legioner həyatı yaşayıb. Bu gün həmin ölkənin ortabab komandaları futbolçulara orta hesabla 10 min avro maaş verir.

30 yaşlı futbolçuya “pulu yox, karyeranı düşün” demək absurd olar. Çox güman, “Neftçi”də bundan azı iki dəfə artıq məvacib alır.

Sırf legioner həyatı yaşamaq xatirinə 30 yaşlı futbolçunun burdakı daha sərfəli şərti qoyub, “Vizela”, yaxud “Boavişta”ya yollanması qəribə görünər.

Emin Rusiya futbolunun yetirməsi hesab olunur və bu ölkədə bir neçə komandanın şərəfini qoruyub. Orda Mahmudovu kifayət qədər tanıyırlar. Şəxsi əlaqələri hesabına yenidən Rusiyaya qayıtması pis olmaz.

Aparıcı 4-5 komandanı çıxsaq, digərlərində oynaya bilər. Türkiyə variantı da real görünür.

Türkiyə futbolunda vəziyyət elədir ki, hansısa səbəblər üzündən dünyanın ən yaxşı futbolçularından biri bəyənilməz, əvəzində, məsəli Emindən uzaq, ayağı top tutmayan futbolçu hansısa aparıcı komandada peyda ola bilər.

Türkiyədə yaşa-filan baxmırlar. Ora 33-34 yaşda da getmək olur. Əsas karyeranın ən parlaq dönəmində təklif olunmaqdır ki, Mahmudov əla mövsüm keçirib”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"