"Bunlar şayiədir, bir şey bilsəydim, deyərdim ki, təklif var"

15 Noyabr 2021 13:40 Bizimkilər 634
"Bunlar şayiədir, bir şey bilsəydim, deyərdim ki, təklif var"

"Minay" Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə ilə "Zarya"nın maraqlanmasına dair xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi İqor Leonov Ukrayna mətbuatına açıqlama verib.

54 yaşlı ukraynalı mütəxəssis 21 yaşlı hücumçu üçün təklif almadıqlarını söyləyib. "Hələlik hansısa danışıq yoxdur.

O, hazırda Azərbaycan yığmasının düşərgəsindədir. Rüstəm Əhmədzadə ilə bağlı bizə təklif gəlməyib. Mənə və kluba zəng edən olmayıb. Bütün bunlar şayiələrdir. Bir şey bilsəydim, deyərdim ki, təklif var".

Rüstəm Əhmədzadə 2020-ci ildən "Minay"da çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti