Azərbaycan yığmasının hücumçusu “Şalke”də forma geyinmədi

14 Noyabr 2021 15:40 Bizimkilər 726
Azərbaycan yığmasının hücumçusu “Şalke”də forma geyinmədi

Almaniyanın Qərb Regional Liqasında 16-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lippştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke II” bu nəticədən sonra 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti