Azərbaycanlı futbolçu Türkiyə vətəndaşlığını qəbul edir - FOTO

13 Noyabr 2021 11:40 Bizimkilər 2 335
Azərbaycanlı futbolçu Türkiyə vətəndaşlığını qəbul edir - FOTO

Artıq xeyli müddətdir “Alanyaspor”da olan həmyerlimiz Vüqar Bağırova Türkiyə vətəndaşlığı təklif olunub.

Bu barədə məlumatı Sportinfo.az-a futbolçunun anası Elnarə xanım verib.

Futbolçunun valideyni bildirib ki, bu barədə xeyli müddətdir söhbət getsə də, qərar verməkdə tərəddüd edirmiş.

Nəhayət, oğlunun Türkiyə vətəndaşlığını qəbul etnəsinə qərar verib.

Qardaş ölkənin Xarici İşlər Naziri Mevlut Cavuşoğlunun qardaşı Hasan Çavuşoğlunun sahibi olduğu “Alanyaspor” Vüqarın vətəndaşlıq almaq məsələsini yaxın zamanda yoluna qoyacaq.

Bu baş verdikdən sonra həmyerlimiz gələcəkdə həmin ölkədə legioner sayılmayacaq. Və bir çox digər məsələlərdə işi asanlaşacaq.

Elnarə xanımın dediyinə görə, oğlu Türkiyə vətəndaşlığını qəbul etsə də, gələcəkdə Azərbaycan millisinin şərəfini qorumaqda maraqlıdır.

2006-cı ilin dekabrında dünyaya gələn Bağırov Azərbaycanın U-16 millisinə cəlb olunur.

O, vaxtilə “Qarabağ”la “Neftçi”nin şərəfini qoruyub, ilyarım Gürcüstanda “Saburtalo” komandasında çıxış edib.

Hazırda “Alanyaspor”un U-16 komandasının formasını geyinir və anası ilə birgə Türkiyədə yaşayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu