"Bu problem Mahir Emrelinin oyununa sirayət edir" - FİFA meneceri

12 Noyabr 2021 23:20 Bizimkilər 965
"Bu problem Mahir Emrelinin oyununa sirayət edir" - FİFA meneceri

Yay fasiləsində "Qarabağ"ı Polşa "Legiya"sına dəyişən Mahir Emreli ilk gündən özünü yaxşı tərəfdən göstərərək qolları sıralamağı bacardı.

Amma son həftələr Emrelidə eniş hiss olunmaqdadır. Az qalsın hər oyunda fərqlənən futbolçumuz son 6 çempionat görüşündə 1 qol belə vura bilməyib. Görəsən, belə enişin səbəbləri nədə gizlənir?

FİFA menceri Vaqif Heydərli Sportinfo az-a açıqlamasında mövzu ilə bağlı bunları deyib: "Məncə, son vaxtlardakı eniş Mahir Emreli yox, komanda ilə bağlıdır. Gördüyünüz kimi çempionatda motivasiya fərqli olur, Avropa Liqasında tamam fərqli.

Məsələn, "Legiya"lı futbolçular "Lester, "Napoli" və "Spartak" kimi komandalara qarşı daha yaxşı mübarizə aparıb, özlərini göstərməyə çalışırlar. Ancaq çempionatda "qara zolaq"dan çıxmaq alınmır. Bütün bunlar komandanın problemidir. Və bu, digər futbolçular kimi Mahirin də oyununda sirayət edir".

Vaqif bəy həmyerlimizin düşdüyü çətin durumdan çıxacağına inandığını bildirib: "İnanıram ki, Mahir hazırkı çətinlikdən çıxa biləcək. Peşəkar futbolçular belə vəziyyətlərdən çıxış yolları tapmağı bacarmalıdır. Mahir bunun da öhdəsindən gələcək".

Digər Xəbərlər
Xəbər Lenti