Azərbaycan yığmasının hücumçusu onlara lazım deyil? - VİDEO

10 Noyabr 2021 02:10 Bizimkilər 1 084
Azərbaycan yığmasının hücumçusu onlara lazım deyil? - VİDEO

Belarus çempionatında 28-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Neman”la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ruslan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Slaviya” hazırda 28 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı