İdman direktoru Mahirdən narahatdır: "Bu, mənim üçün sualdır"

26 Oktyabr 2021 11:00 Bizimkilər 1 171
İdman direktoru Mahirdən narahatdır: "Bu, mənim üçün sualdır"

"Mahir Emrelinin komandamıza keçidində sabiq baş məşqçi Çeslav Mixneviçin də rolu olub.

O, Çexiyanın "Slaviya" (Praqa) və Norveçin "Budyo Qlimt" komandalarına qarşı matçlarda vacib qollar vurub və hücumda komandaya çox xeyir verir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Legiya"nın idman direktoru Radoslav Kuxarski yeni baş məşqçi Marek Qolebiyevskinin təqdimat mərasimində deyib.

Funksionerin Mixneviçin Emrelinin transferinin gerçəkləşməsində önəmli xidmətinin olduğunu vurğulayıb.

"Mahir Emreli və Joel Abu Hanna yayda bizə ilk qoşulan futbolçular oldu. Bu gün məni ötən mövsüm Polşa çempionluğu uğrunda mübarizədə həlledici rol oynamış futbolçuların formadan xeyli düşmələri narahat edir.

Söhbət Tomaş Pexart, Filip Mladenoviç və Lukinyasdan gedir. Bu oyunçular həmin qarşılaşmalarda hücum xəttində vacib rol oynayıblar.

Bu gün biz elə bir vəziyyətdəyik ki, qollarımızı daha çox komandamızın ən gənc oyunçularından olan Emreli və Muçi vurur. Bu da mənim üçün sualdır".

Daha əvvəl Polşa mətbuatı Mahir Emrelinin Çeslav Mixneviçlə qalmaqal yaşadığını yazıb. Hər şey "Lex"ə qarşı Ekstraklasanın XI tur matçından əvvəl baş verib.

Məşqçilər heyəti qarşılaşmadan 1 gün öncə rəqibin analizi ilə bağlı toplantı keçirib. İddiaya görə, 24 yaşlı hücumçu yatıb qaldığı üçün iclasa 45 dəqiqə gecikib.

Bundan sonra tərəflər arasında münasibətlər korlanıb. "Legiya"nın "Lex"ə 0:1 hesabı ilə uduzduğu görüşdən sonra 51 yaşlı mütəxəssisin forvardla bağlı səsləndirdiyi tənqidi fikirlər gərginliyi daha da artırıb.

Emreli onu qol epizodlarını boşa verməkdə günahlandıran keçmiş baş məşqçisindən inciyib.

Yerli mətbuat həmçinin vurduğu 10 qolla komandanın ən sərrast hücumçusu olan forvardın intizamsızlığının təəccüblə qarşılandığını yazıb:

"Azərbaycanlı futbolçunun bu qədər dəyişməsi təəccüb doğurur. Mixneviç mövsümün əvvəlində onun işinə yanaşmasını çox yüksək qiymətləndirirdi.

O, Emrelinin öyrənməyə həvəsli olduğunu və futbolda böyük uğurlar qazanmaq istədiyini söyləmişdi".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"