"Yeni baş məşqçimiz oyundan əvvəl mənimlə söhbətdə..." - Türkiyədə fərqlənən azərbaycanlı

25 Oktyabr 2021 23:20 Bizimkilər 856
"Yeni baş məşqçimiz oyundan əvvəl mənimlə söhbətdə..." - Türkiyədə fərqlənən azərbaycanlı

Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də çıxış etdiyi “Keçiörengücü” evdə "İstanbulspor"la qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

61-ci dəqiqədə meydana çıxan Vüsalın 90+7-ci dəqiqədə vurduğu qolla komandası 3:2 hesabı ilə qalib gəlib.

İsgəndərli vurduğu qələbə qolu ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:

"Qələbə qazanmağı çox istəyirdik. İstəyimiz böyük idi. Şükür Allaha bunun bəhrəsini gördük. Qələbə qolunu vurduğum üçün çox xoşbəxtəm. İnşallah, bu qələbə bizə faydalı olar".

“Keçiörengücü” turnir cədvəlində 7 xalla 18-ci pillədə qərarlaşıb. 25 yaşlı yarımmüdafiəçi oyuna ehtiyatda başlamasına da münasibət bildirib:

"Yaxşı komandamız, yaxşı rəhbərliyimiz var. Rəhbərlik üzərinə düşən hər şeyi artıqlaması ilə edir. Mən də burda çox qol vurub, qələbələr qazanmaqla daha yaxşı çıxış etmək istəyirəm.

Bura gələndən bütün oyunlarda start heyətdə oynamışam. Bu dəfə əvəzetmədən meydana daxil oldum. Yeni baş məşqçimiz oyundan öncə mənimlə söhbət etdi. Mənə güvəndiyini dedi. Meydanda çox rahat olmağımı istədi".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!