Millimizin sabiq üzvü Avropada 2 qol vurdu, sonra əsəbdən bunu etdi - VİDEO+FOTO

25 Oktyabr 2021 18:00 Bizimkilər 1 017
Millimizin sabiq üzvü Avropada 2 qol vurdu, sonra əsəbdən bunu etdi - VİDEO+FOTO

Belarus çempionatında 27-ci turun oyunları keçirilib.

Hesabat turu vaxtilə Azərbaycan millisinin formasını geyinmiş hücumçu üçün əlamətdar olub.

Ruslan Qurbanovun şərəfini qoruduğu Mozır “Slaviya”sı səfər qarşılaşmasında “Minsk”i meydana çıxmağa peşman edib – 6:0.

Qurbanov bu oyunun iştirakçısı olub. Start heyətində meydana çıxan “91 nömrə” hakimin final fitinə qədər oynayıb. Və 6 qoldan 2-sinə imzasını atıb. O, 31 və 83-cü dəqiqələrdə fərqlənib.

Ruslan vurduğu qolların Azərbaycan mətbuatında işıqlandırılmamasına görə narahatdır. Və bu narahatlığını “feysbuk” səhifəsində yazdığı statusla ifadə edib:

“Bu gün 2 qol vurmağımı işıqlandırmaya bilərsiz. Amma mən susaraq öz işimi görməkdə davam edəcəm. Qətiyyən küsməyəcəm, sadəcə, Azərbaycanı Avropada təmsil etməkdə davam edəcəm. Mən sözü üzə deyəndə, yeni nəsə yazmağı unutmayın”.

Azərbaycan millisində 26 oyunda 1 qol vuran 30 yaşlı futbolçu vaxtilə “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Keşlə” və “Zirə”nin uğurları üçün tər töküb.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"