Azərbaycan millisinin sabiq müdafiəçisi xarici klubda - SON DƏQİQƏ

24 Oktyabr 2021 13:00 Bizimkilər 3 285
Azərbaycan millisinin  sabiq müdafiəçisi xarici klubda - SON DƏQİQƏ

Nurlan Novruzovun ardınca daha bir Azərbaycanlı futbolçu karyerasını Nepalda davam etdirəcək.

Sportinfo.az-ın məlumatına görə, "Qəbələ"nin və milli komandamızın sabiq müdafiəçisi Sadiq Quliyev adıçəkilən ölkənin "Maçxindira" komansı ilə anlaşıb.

26 yaşlı müdafiəçi ilə razılaşmanın müddəti maya kimi nəzərdə tutulub.

Dünən xəbər verdiyimiz kimi Nurlan Novruzov da "Maçxindira" ilə razılığa gəlib.

Sadiq bu yay "Qəbələ"dən ayrıldıqdan sonra klubsuz qalmışdı.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçinin Premyer Liqada ilk klubu “Qəbələ” olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə “qırmızı-qara” forma geyinib.

“Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində oynayıb.

Quliyev Azərbaycanın U-17, U-19, U-21 və U-23 millilərinin də heyətində forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti