Türkiyədəki legionerimiz ayrılıqdan danışdı: "Bura gəlməyimi çox istəmişdi, amma..."

18 Oktyabr 2021 23:00 Bizimkilər 868
Türkiyədəki legionerimiz ayrılıqdan danışdı: "Bura gəlməyimi çox istəmişdi, amma..."

Türkiyə I Liqasında çıxış edən Vüsal İsgəndərlinin klubu "Keçiörengücü" baş məşqçisi ilə yollarını ayırıb.

Son turda "Kocaelispor"a məğlubiyyət (0:1) rəhbərliyi İlkər Pürənlə bağlı qərar verməyə vadar edib.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Vüsal baş verən ayrılıqla bağlı Sportinfo.az-a danışıb:

"Baş məşqçi dəyişikliyinin necə nəticə verəcəyini zaman göstərəcək. İnşallah, hamımız üçün xeyirlisi olar".

Həmyerlimizin Türkiyə təmsilçisinə gedişini İlkər Pürən şəxsən istəmişdi.

Hətta gənc çalışdırıcı daha əvvəldən buna cəhd etsə də, İsgəndərlinin transfer yalnız bu yay həyata keçmişdi. Görəsən, sevimli məşqçisinin komandadan ayrılması onu narahat edirmi?

Vüsalı dinləyək: "İlkər Pürən bura gəldiyim ilk gündən mənə çox dəstək oldu. Bura gəlməyimi çox istəmişdi. Amma elə oldu ki, komandadan ayrılası oldu. Yeni gələcək baş məşqçimizə özümü yaxşı tərəfdən göstərməyə çalışacam. Allahdan xeyirlisi, inşallah".

"Keçiörengücü" 8 oyunda cəmi 4 xal əldə edib və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti