"Legiya"nın baş məşqçisi Mahirdən indi nələr söylədi?

15 Oktyabr 2021 19:20 Bizimkilər 1 726
"Legiya"nın baş məşqçisi Mahirdən indi nələr söylədi?

"Ekstraklasada xallara oksigen kimi ehtiyacımız var.

Vəziyyətin necə olduğunu bilirik, bir neçə oyunda məğlub olduq. Harada olduğumuzun da fərqindəyik.

Rəqib mövsümə yaxşı başlayıb. Bizi maraqlı oyun gözləyir".

bu fikirləri "Legiya"bunun baş məşqçisi Çeslav Mixneviç "Lex" (Poznan) komandasına qarşı keçirəcəkləri XI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumu haqqında da danışıb: "Emreli sağlamdır, peyvənd olunub, əlavə testlərdən keçib və "Lex"ə qarşı oynaya bilər. Düşünürəm ki, yaxşı oyun göstərəcək".

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. "Lex" 10 oyundan sonra 21 xalla liderdir. "Legiya" isə 8 oyuna 9 xalla 15-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti