Almaniyanın 2 klubu Mahir üçün “Legiya” ilə görüşdü

11 Oktyabr 19:00 Bizimkilər 2 697
Almaniyanın 2 klubu Mahir üçün “Legiya” ilə görüşdü

“Bu mövsüm “Legiya”da parlaq oyunu ilə seçilən Mahir Emreli Almaniyanın 2 klubunun transfer siyahasına daxil olub.

Bundesliqada “Hoffenhaym” və “Herta” millimizin hücumçusu ilə yaxındam maraqlanır.

Onların nümayandələri bu məqsədlə Polşaya gəlib, Varşava təmsilçisinin Avropa Liqasının qrup mərhələsində “Lester”lə keçirdiyi matçı izləyiblər.

Xoşbəxtlikdən Mahir ingilislərlə görüşdə komandasına qələbə gətirən yeganə qola imza atıb.

“Hoffenhaym” və “Herta”nın skautları “Legiya”nın rəsmiləri ilə görüşüb, onlara yığmamızın forvardın müqavilə şərtləri, şəxsi keyfiyyətləri və digər suallar ünvanlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası