Elçin Finlandiya ilə İsveçrə arasında ədaləti təmin edəcək

27 Sentyabr 2021 15:40 Bizimkilər 393
Elçin Finlandiya ilə İsveçrə arasında ədaləti təmin edəcək

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

o, Finlandiya və İsveçrənin 17 yaşadək futbolçulardan ibarət yığmaları arasında 2022-ci il Avropa çempionatının seçmə mərhələ matçının baş hakimi olacaq.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və avstriyalı Markus Rayxxolf kömək edəcək. Dördüncü hakim funksiyasını isə digər avstriyalı Sebastyan Gisxamer yerinə yetirəcək.

Finlandiya və İsveçrə VII qrupda yer alıblar. Bu qrupda Bosniya və Herseqovina ilə Cəbəllütariq yığmaları da mübarizə aparacaqlar. VII qrupun matçları Finaldniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu