Mahir Emreli: “Avropanın top-komandalarında çıxış edən ilk azərbaycanlı olmaq istəyirəm”

24 Sentyabr 2021 11:20 Bizimkilər 532
Mahir Emreli: “Avropanın top-komandalarında çıxış edən ilk azərbaycanlı olmaq istəyirəm”

“Bu faktları bir yerə yığsaq, komandanın ulduzu olduğumu düşünə bilərsiz, amma bu, sizin fikrinizdir”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə məxsusdur.

O, jurnalistin “komandaya çox yaxşı qoşulduz, Çempionlar Liqası və Avropa Liqasının təsnifat oyunlarında vacib qollar vurduz. Özünüzü “Legiya”nın ulduzu sayırsı?” sualına belə münasibət bildirib:

“Mənim beynimdə tam başqa şey var. Mənə görə, ən vacibi komandadır. Təbii ki, azarkeşlərin səni dəstəkləməsi, qiymətləndirməsi çox gözəl hissdir.

Amma bilirəm ki, daha yaxşı ola və inkişaf edə bilərəm. Özüm haqqında ulduz kimi düşünməyə vaxtım yoxdur.

Karyeramın zirvəsi hələ qabaqdadır, ona görə də, bu gün özümü ulduz kimi hiss etdiyimi deməyəcəyəm. Bu cür düşüncə ölümcül olardı.

Qazandığım uğurlara arxalana bilərdim, amma bu da ehtiyacım olan son şeydir. Hər gün inkişaf etmək, ən yaxşı futbolçu olmaq istəyirəm.

Ailəmlə futbol haqqında çox danışıram, hər zaman irəliyə hərəkət etməli olduğumu bilirəm.

Polşa çempionatı karyeramda bir dayanacaqdır. Bəli, bunu gizlətmirəm. Nə vaxtadək? Nə qədər vaxt lazım olduğunu bilmirəm.

Arxasınca getmək istədiyim xəyallarım var. Avropanın top-komandalarında çıxış edən ilk azərbaycanlı olmaq istəyirəm. Bunun üzərində səylə çalışıram”.

Digər Xəbərlər
Xəbər Lenti