Mahir Emreli: “Mənə 1 dəqiqə vaxt verin - Populyarlığım getdikcə artır“

23 Sentyabr 2021 13:20 Bizimkilər 1 364
Mahir Emreli: “Mənə 1 dəqiqə vaxt verin - Populyarlığım getdikcə artır“

“Düşünmürəm ki, bu sorğuda ciddi rəqabət olacaq“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Legiya“nın formasını geyinən Mahir Emreliyə aiddir.

Millimizin hücumçusu “hazırda özünüzü Polşada ən məşhur azərbaycanlı hesab edirsiz“ sualını bu cür cavablandırıb:

“Polşa çempionatında Azərbaycandan yalnız iki oyunçu çıxış edir: mən və milli komandadan, həmçinin Premyer Liqadan tanıdığım Anton Krivotsyuk.

O, hazırda Plotsk “Visla”sında çıxış edir. Populyarlıq baxımından heç vaxt özüm barədə düşünməmişəm.

Futbol oynayıram, çünki uşaqlıqdan bu idmanı sevirəm. Hər zaman futbolçu olmaq istəyirdim.

Populyarlığımın getdikcə artdığını, daha çox insanın mənə qiymət verdiyini başa düşürəm.

Mənə 1 dəqiqə vaxt verin, peşəkar oyunçu olmağın minlərlə başqa faydasını tapacam (gülür).

Matçlarda oynamaq imkanı, hər gün məşq etmək və bununla yaşamaq həqiqətən əladır“.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”