“Nə desələr, o da olacaq" - Azərbaycan millisinin legioneri

21 Sentyabr 2021 19:40 Bizimkilər 1 150
“Nə desələr, o da olacaq" - Azərbaycan millisinin legioneri

"Zədəm ciddi olmasa da, kifayət qədər ağrılıdır və uzunmüddətli müalicə tələb edir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun futbolçusu Rüstəm Əhmədzadə səfərdə İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə oyununda zədə alması barədə "fanday.net" saytına müsahibəsində deyib.

21 yaşlı hücumçu bildirib ki, meydanın mərkəzindən qapıya tərəf qaçaraq topa zərbə vurduğu an topuğu burxulub:

"Ayağımı yerə səhv basdım və nəticədə yumşaq toxuma zədələndi. Normal məşq etməyim və meydanda özümü göstərməyim üçün onu tamamilə sağaltmalıyıq.

Artıq fərdi məşqlərə başlamışam. Meydana mümkün qədər tez qayıtmaq istəyirəm. Amma həkimlər nə desə, o da olacaq".

İrlandiya ilə görüş barədə də danışan gənc forvard meydanda yaxşı mübarizə getdiyini söyləyib: "Səviyyə yüksək, atmosfer isə əla idi. Stadionda çoxlu azarkeş var idi".

Digər Xəbərlər
Xəbər Lenti