Azərbaycan millisinin forvardı “qol orucu”nu pozdu – Portuqaliyadan VİDEO

21 Sentyabr 2021 16:20 Bizimkilər 655
Azərbaycan millisinin forvardı “qol orucu”nu pozdu – Portuqaliyadan VİDEO

Millimizin forvardı Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı forvard ölkə çempionatının 6-cı turunda fərqlənməyi bacarıb.

"Braqa" ilə səfər matçının 79-cu dəqiqəsinda meydana daxil olan Renat 7 dəqiqə sonra “Tondela”nın matçdakı yeganə qolunun müəllifi olub.

Matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Tondela" 6 oyundan sonra 3 xalla 16-cı, "Braqa" isə 11 xalla 5-ci pillədə qərarlaşıb.

Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.

i

Digər Xəbərlər
Xəbər Lenti