Mahir “Legiya” tribunalarını belə ayağa qaldırdı – VİDEO+FOTOLAR

21 Sentyabr 2021 11:20 Bizimkilər 1 206
Mahir “Legiya” tribunalarını belə ayağa qaldırdı –  VİDEO+FOTOLAR

Millimizin hücumçusu Mahir Emrelinin komandası "Legiya" bu gün növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi Polşa çempionatının 8-ci turunda "Qurnik"i qəbul edib.

Görüş "Legiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub.

O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur.

24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.

"Legiya" bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti