Neymarla görüşəcək Azərbaycan komandasının adı məlum oldu - FOTOLAR

20 Sentyabr 2021 23:00 Bizimkilər 2 452
Neymarla görüşəcək Azərbaycan komandasının adı məlum oldu - FOTOLAR

Sentyabrın 19-da Neymar Jr’s Five futbol turnirinin Milli Finalı keçirildi. Çempionluq uğrunda Milli Final Heydər Əliyev Mərkəzinin parkında baş tutdu.

Sportinfo.az xəbər verir ki, 2 ay davam edən seçimlərdən sonra 16 komanda “Red Bull Neymar Jr’s Five” futbol turnirinin finalında iştirak etmək imkanı qazandı.

Olimpiya sistemiylə təşkil edilən Milli Final güclü rəqabət və güzəştsiz mübarizəilə yadda qaldı. Dörd saat davam edən Milli Finalın həlledici görüşündə “Şirinlər” və “Pentatrik” komandaları üz-üzəgəldi.

Yekunda “Şirinlər” 4-0 hesabı ilə qələbə qazanaraq “Red Bull Neymar Jr’s Five” futbol turnirinin Azərbaycan üzrə qalibi oldu.

Bu, “Şirinlər” komandasının “Red Bull Neymar Jr’s Five” yarışında ikinci qələbəsidi.

Milli Finalın qalibi olan “Şirinlər” dekabrda dünya futbol ulduzu Neymarın iştirakı ilə Qətərdəkeçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.

“Red Bul Neymar Jr’s Five” - dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq.

6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi