Fərid Nəbiyevin komandası səfərdən xalsız qayıtdı

21 Sentyabr 2021 01:52 Bizimkilər 350
Fərid Nəbiyevin komandası səfərdən xalsız qayıtdı

Çexiya 2-ci divizionunda 8-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Brno” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqəsində meydana buraxılıb.

Ardıcıl üçüncü məğlubiyyətinə üzülən “Viktoriya” 8 turdan sonra 7 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti