Mahir “Qalatasaray”ın adını çəkdi, Polşada “sual atəşi”nə tutuldu

20 Sentyabr 2021 20:00 Bizimkilər 1 538
Mahir “Qalatasaray”ın adını çəkdi, Polşada “sual atəşi”nə tutuldu

Mahir Emreli Polşada “sual atəşinə” tutulub.

Millimizin hücumçusu “Legiya”nın “yutub” kanalının “Sual vaxtıdır” verilişində Yakub Jelenskinin qonağı olub.

“Legiya”da legioner həyatı yaşayan həmyerlimizin qarşısında 100 saniyə ərzində bütün sualları cavablandırmaq tələbi qoyulub.

Burada sualları ingilis dilində tez mənimsəmək və tez cavablandırmaq əsas rol oynayıb.

- Ən çox hansı hücumçu ilə birgə oynamağı bəyənirsən?

- İbrahimoviçlə.

- Azərbaycan və Polşa mətbəxi. Hansı yaxşıdır?
- Azərbaycan mətbəxi.

- Hansı Azərbaycan yeməyini hər kəs dadmalıdır?
- Dolma.

- Ən yaxşı komanda yoldaşın?
- Joel (İsrailli Joel Abu Hanna – red.).

- Uşaqlıq təxəllüsün?
- Manyu.

- Komandanızın ən dəbli oyunçusu?
- Mən.

- “Legiya” fanatlarının ifa etdiyi bəstələrin arasında ən sevdiyin biri var?
- Hələ ki, yox.

- FİFA-da hansı komanda ilə oynayırsan?
- “Qalatasaray”.

- Uşaqlıq kumirin?
- İbrahimoviç.

- Qarşılaşdığın ən möhtəşəm insan?
- Hazard.

- Hər kəsin baxmasını tövsiyə edəcəyin film?
- "The Mauritanian".

- Hamilton, yoxsa Verstapen?
- Hamilton.

- Sevdiyin müğənni?
- Ledi Pank.

- İndiyə qədər aldığın ən pis hədiyyə?
- Bilmirəm.

- Məktəbdə ən çox sevdiyin dərs?
- Riyaziyyat.

- Polyak dilində azarkeşlərimizə nə deyə bilərsən?
- Mocno “Legia” (Haydi, “Legiya” – red.).

- Kompüter oyunları oynayırsan?
- Bəli.

- Komandanda ən səliqəsiz oyunçu?
- Mən.

- Alma, yoxsa portağal?
- Alma.

- Polyak dilində ən sevdiyin söz?
- (gülür)

- Telefonunda ən vacib tətbiq?
- Dot.

- Uşaqlıqda hansı komandaya azarkeşlik etmisən?
- “Qalatasaray”a.

- Mahir,, yoxsa Mahirovski?
- Mahirovski.

- Dünyanın ən gözəl qadını?
- İrina (İrina Şayk – red.).

- Səni ən çox qorxudan nədir?
İngilis dilində qorxu sözünü anlamır, tərcümə üçün vaxt istəyir və 100 saniyə tamamlanır. Nəticədə bir sual cavabsız qalır.

-Mahir, daha sürətli lazım olduğunu sənə demişdim axı.
- Bir daha, zəhmət olmasa.

- Bitdi-bitdi. Gördüyünüz kimi, Mahir danışığın daha sürətli olması üzərində işləməlidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti