Mahirin Polşada bacarmadığı qalmadı - SEVİNDİRƏN HADİSƏ

20 Sentyabr 2021 17:00 Bizimkilər 1 534
Mahirin Polşada bacarmadığı qalmadı - SEVİNDİRƏN HADİSƏ

Mahir Emreli iyunun 8-də Polşa təmsilçisi "Legiya" ilə rəsmi müqavilə imzaladı.

Sabiq "Qarabağ"lının yeni klubunda rəsmi debütü Çempionlar Liqasının I təsnifat mərhələsində gerçəkləşdi.

Norveç təmsilçisi "Budyo Qlimt" komandası ilə səfər görüşündə meydana çıxa Emreli dubulla komandasının qələbəsində (3-1) vacib rol oynadı. O, bununla həm də Polşa klubunda ilk rəsmi qolunu vurmuş oldu.

Hücumçumuzun fərqləndiyi növbəti turnir Polşa superkuboku oldu. "Rakov"la keçirilən final görüşündə sonradan meydana çıxan Emreli 90-cı dəqiqə bərabərliyi gətirən qolu əla baş zərbəsi ilə rəqib qapısından keçirmişdi.

Məhz bu qoldan sonra görüş penalitilər seriasına kimi uzanmışdı. Burada Mahirin də dəqiq olmadığı "lotareya"da rəqib qalib gəldi.

Avropa Liqasının pley off mərhələsində "Legiya" Praqa təmsilçisi "Slaviya" ilə üz-üzə gəldi. 2 görüşün cəmində rəqib qapısından 3 qol keçirən 24 yaşlı hücumçu bununla həm komandasını qruplara daşımış oldu, həm də "Legiya" formasında Avropa Liqasında qol hesabını açdı.

Qısa müddətdə 3 fərqli turnirdə fərqlənməyi bacaran Mahir üçün nə qədər təəccüblü səslənsə də Polşa çempionatını fəth etmək qismət olmurdu. Nəhayət futbolçumuz dünən bu tilsimi də qırmağı bacardı.

Çempionatın 8-ci turu çərçivəsində doğma meydanda "Qurnik"lə baş tutan oyunun 46-cı dəqiqəsində meydana çıxan istedadlı futbolçumuz 79-cı dəqiqədə rəqib müdafiəçidən oğurladığı topu əla zərbə ilə qapıdan keçirdi. Bununla da Mahirin "Legiya" formasında fəth etmədiyi turnir qalmadı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti